Image

Gens Elektrik

1999 ilində Azərbaycan daxilində Qaynaq ləvazimatlarının satış və servisini həyata keçirən şirkətimiz bu gün etibarı ilə Azərbaycanın ən böyük Qaynaq ləvazimatları və Servis xidməti verən bir quruluş halına gəlmişdir .

Gens Elektrik-Magru

MAGRU brendi Azərbaycanın qaynaq sektorunda irəlide olan brendlərdən biridir. Magru brendinin məhsulları qaynaq sektorunda bir çox istehlakçıların rəğbətini qazanmışdır. Magru qaynaq mərkəzində çalışan mütəxəssislər şirkətin ən yüksək dəyəri, uğurlu inkişafın zaminidirlər. Dəqiq iş prosesi, kadr, maddiyat və zaman resurslarının optimal idarəedilməsi sayəsində Magru qaynaq mərkəzi partnyorlarına yüksək keyfiyyətli məhsul və xidmət təqdim etmək baxımından inamla çıxış edir. “Magru qaynaq mərkəzi” bazarda artıq çoxdan sübut edib ki, o təkcə qısa müddətli əməkdaşlıq deyil, həmçinin uzunmüddətli işgüzar əlaqələr üçün etibarlı partnyordur. Bu gün Magru qaynaq mərkəzi bir çox aparıcı brendlərin rəsmi distribütorudur. SOCAR, BP, Tekfen, Azfen, Azer-Qaz, Azer-Su,STP, Azmecco, Azerkopru və bir çox başqa iri şirkətlərlə əməkdaşlıq etməyimiz profesionallığımızın göstəricisidir. “Azəri-Çıraq-Günəşli”, “Dan-Ulduzu”, “Şah-Dəniz” və bir çox başqa möhtəşəm neft layihələrinə cəlb olunan Magru qaynaq mərkəzi təchizati işlərini hazırda da müvəfəqiyyətlə davam etdirir. Biz uğurlu biznesi belə görürük: “Etibarlı partnyor” + “Məhsul və xidmət keyfiyyəti” = “Uğur”.